...

İstanbulda vertolyot qəzası: ölənlərin 4-ü Rusiya vətəndaşıdır (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 10 Mart 2017 13:15 (UTC +04:00)
İstanbulda qəzaya uğrayan "Sikorsky S-76" modelli vertolyotda iki ekipaj üzvü və 5 sərnişin olub.
İstanbulda vertolyot qəzası: ölənlərin 4-ü Rusiya vətəndaşıdır (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:47-də yayılıb)

Bakı. Orxan Quluzadə - Trend:

İstanbulda qəzaya uğrayan "Sikorsky S-76" modelli vertolyotda iki ekipaj üzvü və 5 sərnişin olub.

Trend-in məlumatına görə, sərnişinlərdən dördü Rusiya vətəndaşı olub.

Bundan əvvəl yanğınsöndürən helikopter olduğu deyilən əslində vertolyot Türkiyənin "Eczacıbaşı" holdinqinə aiddir.

"Doğan" agentliyi sərnişinlərin "Yapi Grup" şirkətinin rəhbərləri olduğu bildirilir.

X X X

12:47

Türkiyənin İstanbul şəhərində vertolyot qəzasının qatı duman səbəbindən baş verdiyi ehtimal edilir.

Trend-in məlumatına görə, qəzaya uğramış vertolyot yola düşüb.

İlkin məlumata əsasən, vertolyotun 5 heyət üzvünün həlak olduğu bildirilir.

X X X

İstanbulun Böyükçəkməcə rayonunda yanğınsöndürən vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, vertolyot televiziya qülləsinə çırpılıb. Qəzanın səbəbləri hələ məlum deyil.

Hadisə yerinə xilasedicilər və tibbi heyət cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti