...

Moskvada kinoteatrda partlayış təhlükəsinin olması təsdiqlənməyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Mart 2017 22:55 (UTC +04:00)
Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumat öz təsdiqini tapmayıb
Moskvada kinoteatrda partlayış təhlükəsinin olması təsdiqlənməyib (YENİLƏNİB)

Bakı. Trend:

Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumat öz təsdiqini tapmayıb.

Trend-in məlumatına görə, bu barədəd "RİA Novosti"yə mənbə bildirib.

XXX

22:06

Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumatdan sonra 700-ə yaxın insan təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə "İnterfax"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Mənbənin sözlərinə görə, partlayıcı qurğunun qoyulması barədə anonim məlumatdan sonra kinoteatrda təxliyə başlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, mütəxəssislərin gəlməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti