...

Trump-ın səyahət qadağanı: Hakim qərarını qüvvədə saxlamaqdan imtina edib

Dünya xəbərləri Materials 13 Mart 2017 06:30 (UTC +04:00)
ABŞ hakimi Prezident Donald Trump-ın fövqəladə sərəncamını qadağan etməkdən imtina edib
Trump-ın səyahət qadağanı: Hakim qərarını qüvvədə saxlamaqdan imtina edib

Bakı. Trend:

ABŞ hakimi Prezident Donald Trump-ın fövqəladə sərəncamını qadağan etməkdən imtina edib. Prezident Trump-ın yenilənmiş sərəncamı bir daha bəzi ölkələrin vətəndaşlarına ABŞ-a daxil olmağı qadağan edir.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, Seattle məhkəməsinin hakimi James Robart-ın bundan əvvəlki qərarına görə, prezidentin ilk qadağanı dayandırılmışdı.

Hakim deyib ki, vəkillər daha çox sənəd toplamalıdırlar.

Müsəlmanların çoxluq təşkil etdiyi 6 ölkənin vətəndaşları haqqında 90 günlük qadağan qərarı cümə axşamı günü qüvvəyə minməlidir - lakin bəzi ştatlarda prezidentin bu qərarına qarşı iddialar qaldırılıb.
Washington ştatında vəkillər hakim Robart-dan xahiş ediblər ki, o, birinci qərarını yeni sərəncama da şamil etsin.

Lakin hakim deyib ki, prosedur buna icazə vermir.

Onun sözlərinə görə, onun qərar verməsi üçün rəsmi şikayət qaldırılmalıdır.

Ədliyyə departamentinin arqumentinə əsasən ilkin qadağanın ləğv edildiyi üçün hakimin əvvəlki qərarı daha tətbiq oluna bilməz. Buna razı olmayanlar isə deyirlər ki, prezidentin yeni sərəncamı əvvəlki sərəncamla demək olar ki, eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti