...

Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 13 Mart 2017 11:33 (UTC +04:00)
Cənubi Osetiyada 5,1 bal gücündə zəlzələ baş verib.
Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Gürcüstanın Cənubi Osetiya bölgəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində itki və ya dağıntıların olmadığı bildirilir. Zəlzələ az hiss olunub.

Qeyd edək ki, Cənubi Osetiya seysmik fəal bölgədə yerləşir. Burada 1991 və 2009-cu illərdə dağıdıcı zəlzələlər baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti