...

Niderland vətəndaşlarına çağırış: "Türkiyədə ehtiyatlı olun!"

Dünya xəbərləri Materials 13 Mart 2017 14:00 (UTC +04:00)
Niderland hakimiyyəti Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Niderland vətəndaşlarına çağırış: "Türkiyədə ehtiyatlı olun!"

Bakı. Trend:

Niderland hakimiyyəti Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Trend-in məlumatına görə, Niderland Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"2017-ci il martın 11-dən etibarən Türkiyə və Niderland arasında diplomatik gərginlik yaşanır. Bütün Türkiyə ərazisində ayıq-sayıq olun və izdiham olan yerlərdən və tədbirlərdən uzaqlaşın".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

##2730956 ##Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti