...

Şotlandiyada növbəti referendum keçirilə bilər - Müstəqillik üçün

Dünya xəbərləri Materials 13 Mart 2017 16:27 (UTC +04:00)
Şotlandiya gələn həftə müstəqillik haqqında ikinci referendumun keçirilməsini razılaşdırmaq niyyətindədir.
Şotlandiyada növbəti referendum keçirilə bilər - Müstəqillik üçün

Bakı. Trend:

Şotlandiya gələn həftə müstəqillik haqqında ikinci referendumun keçirilməsini razılaşdırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Birinci naziri Nikola Stercen bəyan edib.

N.Stercen qeyd edib ki, əgər təkrar səsvermə razılaşdırılsa, 2018-ci ilin payızı - 2019-cu ilin yazı aralığında referendum keçiriləcək.

Birinci nazirin martın 17-18-də Aberdində partiya konfransında yeni referendum məsələsini qaldıracağı gözlənilir.

Qeyd edək ki, 2014-cü ildə şotlandların 55 faizi Birləşmiş Krallığın tərkibində qalmağın lehinə səs vermişdilər. Lakin hakim Şotlandiya Milli Partiyasının qənaətincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə qərar vəziyyəti tamamilə dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti