...

Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"

Dünya xəbərləri Materials 13 Mart 2017 16:57 (UTC +04:00)
NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb.
Aİ və NATO-dan Türkiyə və Niderlanda çağırış: "Gərginliyi azaldın"

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq alyansın iki üzvü - Türkiyə və Niderlandı gərginliyi azaltmağa çağırıb.

Trend-in məlumatına görə, Y.Stoltenberq hər iki tərəfi qarşılıqlı hörmətə, sakitliyi qorumağa və gərginliyi azaltmağa səsləyib.

Məsələ ilə bağlı Avropa İttifaqının (Aİ) rəsmiləri də bəyanat yayıblar.

Aİ komissarları Federika Mogerini və Yohannes Han tərəfləri bir-birinin əleyhinə fikirlər səsləndirməməyə çağırıb:

"Son günlərdə Türkiyə və bəzi Aİ ölkələri arasında yaşanan gərginlikdən sonra vəziyyəti daha da çətinləşdirməkdən çəkinmək və sakitlik yaratmaq üçün yollar tapmaq lazımdır".

Ziyafət Əsgərov: Türkiyəli nazirlərin Niderlanda buraxılmaması beynəlxalq hüquqa hörmətsizlikdir

Ziyafət Əsgərov: Türkiyəli nazirlərin Niderlanda buraxılmaması beynəlxalq hüquqa hörmətsizlikdir

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə iki nota ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti