...

Stoltenberq: Müstəqil Şotlandiya NATO üzvlüyünü itirəcək

Dünya xəbərləri Materials 13 Mart 2017 20:37 (UTC +04:00)
Şotlandiya müstəqillik qazanarsa, NATO üzvlüyünü itirəcək.
Stoltenberq: Müstəqil Şotlandiya NATO üzvlüyünü itirəcək

Bakı. Trend:

Şotlandiya müstəqillik qazanarsa, NATO üzvlüyünü itirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şotlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılmaqla bağlı referendum keçirmə planına münasibət bildirərkən deyib.

O, bildirib ki, belə olduğu halda, Böyük Britaniya təşkilatın tərkibində qalacaq, Şotlandiya isə yeni dövlət kimi üzvlüklə bağlı müraciət etməli olacaq.

Qeyd edək ki, bu gün Şotlandiyanın birinci naziri Nikola Sterjen müstəqilliklə bağlı ikinci dəfə referendum keçirəcəkləri haqqında bəyanatla çıxış edib. Onun sözlərinə görə, səsvermə 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi "Brexit"in şərtləri məlum olduqdan sonra keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti