...

Nikki Heyli: BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir

Dünya xəbərləri Materials 17 Mart 2017 06:13 (UTC +04:00)
BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir
Nikki Heyli: BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir

Bakı. Trend:

BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Heyli bildirib ki, o, artıq Təhlükəsizlik Şurasının üzvləri və baş katibi Antoniu Quterriş ilə BMT-nin sülhməramlı fəaliyyətinin islahatı və idarəetmə strukturları üzrə işə başlayıb.

Onun sözlərinə görə, o, ABŞ Konqresinin üzvləri ilə ölkənin maraqlarının BMT-də irəliləməsinə kömək edəcək ölkə büdcəsinin layihəsi üzərində işləyəcək.

Qeyd edək ki, Ağ Ev artıq BMT-nin maliyyələşməsinin azaldılmasını nəzərdə tutan ABŞ büdcəsinin layihəsini dərc edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti