...

Suriyada İsrail qırıcıları vurulub

Dünya xəbərləri Materials 17 Mart 2017 13:28 (UTC +04:00)
Suriya ordusu bu gün səhər saatlarında İsrailə məxsus dörd qırıcının Suriyanın hava məkanını pozduğunu bildirib
Suriyada İsrail qırıcıları vurulub

Bakı. Trend:

Suriya ordusu bu gün səhər saatlarında İsrailə məxsus dörd qırıcının Suriyanın hava məkanını pozduğunu bildirib.

Trend-in məlumatına görə, qırıcılardan ikisi vurulub.

Suriya hərbi rəsmiləri, vurulmadan öncə təyyarələrin Livandan keçərək Palmiradakı hərbi bazaya hücum etdiyini bildirib.

Öz növbəsində İsrail təyyarələrin vurulması faktını təkzib edib. Məlumata görə, qırıcılar Suiyada zərbələr endirdikdən sonra İsrailə geri qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti