...

Parisin Orli hava limanı baş verən hücumdan sonra bağlanıb

Dünya xəbərləri Materials 18 Mart 2017 14:18 (UTC +04:00)
Fransa Mülki Aviasiya Baş İdarəsi Parisin Orli hava limanında bütün reyslərin təxirə salındığını elan edib
Parisin Orli hava limanı baş verən hücumdan sonra bağlanıb

Bakı. Trend:

Fransa Mülki Aviasiya Baş İdarəsi Parisin Orli hava limanında bütün reyslərin təxirə salındığını elan edib.

Trend-in məlumatına görə, hava limanının hər iki terminalı bağlanıb.

Parisə yaxınlaşmaqda olan bəzi reyslər Ruassi-Şarl-de-Qol hava limanına yönləndirilib.

Qeyd edək ki, Orli hava limanında naməlum şəxs hərbi patrula hücum edib. Hərbçilər dərhal cavab atəşi açaraq hücum edən şəxsi zərərsizləşdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti