...

Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72-yə çatıb

Dünya xəbərləri Materials 19 Mart 2017 00:20 (UTC +04:00)
Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb
Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72-yə çatıb

Bakı. Trend:

Peruda daşqınlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Perunun Baş naziri Fernando Savala bildirib.

Daha əvvəl 67 nəfərin təbii fəlakətinin qurbanı olduğu bildirilirdi.

Peru hakimiyyəti bəyan edib ki, bu daşqınlar son 20 ildə ən ağırı olub. Daşqınlar nəticəsində 115 min tikili zərər görüb, 117 körpü, min kilometrlərlə yol dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti