...

Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb

Dünya xəbərləri Materials 19 Mart 2017 08:48 (UTC +04:00)
Ekvadorda 15 nəfər aramsız yağan leysan yağışların qurbanı olub
Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb

Bakı. Trend:

Ekvadorda 15 nəfər aramsız yağan leysan yağışların qurbanı olub.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib.

Onun sözlərinə görə, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb.

Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti