...

Mozambikdə timsah 19 yaşlı futbolçunu öldürüb

Dünya xəbərləri Materials 19 Mart 2017 21:24 (UTC +04:00)
Mozambikdə timsah həvəskar futbol klubunda çıxış edən 19 yaşlı Estevao Alberto Jinonu öldürüb
Mozambikdə timsah 19 yaşlı futbolçunu öldürüb

Bakı. Trend:

Mozambikdə timsah həvəskar futbol klubunda çıxış edən 19 yaşlı Estevao Alberto Jinonu öldürüb.

Trend-in məlumatına görə, bu barədə "sportingnews.com" portalı məlumat yayıb.

Komandanın baş məşqçisi Edi Karvalonun sözlərinə görə, bədbəxt hadisə Zambezi çayının sahilində baş verib: "Timsah qəfil sudan çıxıb onu tutub apardı suya. Albertonun dostları ona kömək edə bilmədi. Onların sözlərinə görə, Albertonu beş metrlik timsah öldürüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti