...

Təyyarə quş dəstəsi ilə toqquşduqdan sonra geri dönüb

Dünya xəbərləri Materials 20 Mart 2017 00:13 (UTC +04:00)
Minskdən Sankt-Peterburqa uçan Belarusiyaya məxsus Belavia aviaşirkətinin təyyarəsi quş dəstəsi ilə toqquşduqdan sonra Minsk hava limanına geri dönüb
Təyyarə quş dəstəsi ilə toqquşduqdan sonra geri dönüb

Bakı. Trend:

Minskdən Sankt-Peterburqa uçan Belarusiyaya məxsus Belavia aviaşirkətinin təyyarəsi quş dəstəsi ilə toqquşduqdan sonra Minsk hava limanına geri dönüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insident bazar günü axşam saatlarında baş verib. Yerli KİV-lərin məlumatına görə, quşlardan biri təyyarənin mühərrikinə girib.

"Milli hava limanına qayıtmaq barədə qərar qəbul olundu", - aviaşirkətdə bildiriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti