...

Türkiyənin cənub-şərqində terrorçulara qarşı əməliyyat uğurla başa çatıb

Dünya xəbərləri Materials 21 Mart 2017 19:42 (UTC +04:00)
Martın 5-i Türkiyənin Diyarbəkir vilayətinin Liçe, Kulp və Hani rayonlarında terrorçulara qarşı başlayan əməliyyat uğurla başa çatıb
Türkiyənin cənub-şərqində terrorçulara qarşı əməliyyat uğurla başa çatıb

Bakı. Trend:

Martın 5-i Türkiyənin Diyarbəkir vilayətinin Liçe, Kulp və Hani rayonlarında terrorçulara qarşı başlayan əməliyyat uğurla başa çatıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatda 7 mindən artıq hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Məlumatda deyilir ki, əməliyyat çərçivəsində 27 PKK terror qruplaşmasının üzvü məhv edilib, 1-i isə sağ ələ keçirilib. Terrorçular tərəfindən oğurlanan 9 maşın tapılıb. 5 tüfəng, 2 pulemyot, 15 Kalaşnikov avtomatı, Draqunov snayperi, 7 tapanca, 23 əl qumbarası və 13 qırma tüfəngi ələ keçirilib.

Terrorçuların 11 daldalanacaqları, 57 sığınacaqları, 18 obyektləri dağıdılıb. 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.

Bundan başqa, 9,5 ton həşişin daşınmasının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti