...

Mövlud Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşüb

Dünya xəbərləri Materials 22 Mart 2017 07:23 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib
Mövlud Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşüb

Bakı. Trend:

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib.

"Biz bugünkü görüşün olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik", - Karr bildirib.

Bir müddət əvvəl Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti