...

Norveç qiyamçı türk zabitlərə sığınacaq verdi

Dünya xəbərləri Materials 22 Mart 2017 11:39 (UTC +04:00)
Norveç hökuməti 4 türk zabitinə sığınacaq verib.
Norveç qiyamçı türk zabitlərə sığınacaq verdi

Bakı. Trend:

Norveç hökuməti 4 türk zabitinə sığınacaq verib.

Trend-in məlumatına görə, NATO-da xidmətdə olan həmin hərbçilər Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Norveçdən sığınacaq istəmişdilər.

Norveçin Mühacirlərlə İş üzrə İdarəsi zabitlərə bu ölkədə yaşamaq və işləmək hüququ verib.

Eksperlər bu qərarın Türkiyə ilə NATO müttəfiqi olan Norveçdə qəbul edilməsini son günlərdə gərginləşən Avropa-Türkiyə münasibətlərini daha da pisləşdirəcəyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti