...

Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib

Dünya xəbərləri Materials 23 Mart 2017 22:13 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib
Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib.

Trend-in "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, baş nazir xəsarət alanlar yerləşdirildiyi xəstəxanaya gəlib. O, xəsarət alanlarla, həkimlərlə və tibb personalı ilə görüşüb.

Baş nazirin nümayəndəsi sözlərinə görə, Mey xəstəxanada 40 dəqiqə vaxt keçirib.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti