...

Mosulda dağıntılar altından 61 dinc sakinin meyiti çıxarılıb

Dünya xəbərləri Materials 26 Mart 2017 15:13 (UTC +04:00)
İraqın təhlükəsizlik qüvvələri koalisiyanın avia zərbələri nəticəsində dağılmış binaların dağıntıları altından 61 dinc sakinin meyitini çıxarıblar
Mosulda dağıntılar altından 61 dinc sakinin meyiti çıxarılıb

Bakı. Trend:

İraqın təhlükəsizlik qüvvələri koalisiyanın avia zərbələri nəticəsində dağılmış binaların dağıntıları altından 61 dinc sakinin meyitini çıxarıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri dinc sakinləri "canlı qalxan" kimi istifadə ediblər.

Koalisiyadan bildiriblər ki, binalar yerləşən ərazilərə hava zərbələri endirilib, lakin binalar hava zərbələri nəticəsində dağılmayıb.

Qeyd edək ki, Mosulda axtarış xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti