...

Pakistan da divar tikir - Əfqanıstanla sərhəddə

Dünya xəbərləri Materials 27 Mart 2017 11:25 (UTC +04:00)
Pakistan Əfqanıstanla sərhədin ayrı-ayrı hissələrində hasarların tikintisinə başlayıb.
Pakistan da divar tikir - Əfqanıstanla sərhəddə

Bakı. Trend:

Pakistan Əfqanıstanla sərhədin ayrı-ayrı hissələrində hasarların tikintisinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə qərar hələ ötən ay – Pakistanda ard-arda baş vermiş terror aktları ilə əlaqədar qəbul edilib.

Bundan əvvəl də Pakistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi nəzərdə tutulsa da, bu plan hər dəfə təxirə salınıb.

Qeyd edək ki, fevral ayında Pakistanda baş vermiş silahlı hücumlar səbəbindən sərhəd martın 20-dək bağlı olub.

Xəbər lenti

Xəbər lenti