...

XƏBƏRDARLIQ: Avropa suyun altında qalacaq

Dünya xəbərləri Materials 27 Mart 2017 22:25 (UTC +04:00)
Beş milyon avropalı bu əsrin sonunadək daşqınlar səbəbi ilə evsiz qala bilər.
XƏBƏRDARLIQ: Avropa suyun altında qalacaq

Bakı. Trend:

Beş milyon avropalı bu əsrin sonunadək daşqınlar səbəbindən evsiz qala bilər.

Trend-in məlumatına görə, Avropa Komissiyasının tədqiqat mərkəzinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Alimlər xəbərdarlıq edib ki, qlobal istiləşmənin davam etməsi Şimal və Baltik dənizlərinin səviyyəsinin qalxmasına səbəb olacaq. Nəticədə Avropanın şimal sahilləri su altında qala bilər.

Qeyd edək ki, son on il ərzində Avropada bir neçə böyükmiqyaslı daşqın baş verib. 2016-cı ildə Reyn, Dunay, Sena çaylarının səviyyəsi kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti