Bakı. Trend:
İraq hər hansı bir ölkəyə qarşı digər ölkə ilə münasibət qurmayacaq.
Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində İraq Prezidenti Fuad Məsum deyib.
Dövlət başçısı bütün tərəflərlə eyni səviyyədə əlaqələr qurmaq niyyətində olduğunu deyib:
“Biz bir ölkəyə qarşı digər ölkə ilə münasibətləri dəstəkləmirik. Bu bizim ümumi siyasətimizdir. Biz ABŞ-a qarşı Rusiya ilə və ya Rusiyaya qarşı ABŞ ilə münasibət yaratmayacağıq”.