...

Çin Fransaya etiraz notası ünvanladı

Dünya xəbərləri Materials 28 Mart 2017 13:26 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə Çin vətəndaşının qətlə yetirilməsindən sonra Çin hökuməti bu ölkəyə etiraz notası ünvanlayıb.
Çin Fransaya etiraz notası ünvanladı

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə Çin vətəndaşının qətlə yetirilməsindən sonra Çin hökuməti bu ölkəyə etiraz notası ünvanlayıb.

Trend-in məlmatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Məlumatda qeyd olunur ki, insidentdən dərhal sonra Çinin Parisdəki səfirliyinə hadisənin ətraflı şəkildə araşırılması tapşırılıb.

Bundan başqa Çin hökuməti Fransadan ölkədəki Çin vətəndaşlarının təhlükəsizliyinin və hüquqlarının təmin olunması üçün zəruri tədbirlərin atırılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti