...

Türkiyədə mağazalarda bu qadağan ediləcək

Dünya xəbərləri Materials 28 Mart 2017 17:15 (UTC +04:00)
Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda pulsuz sellofan paketlərin verilməsi qadağan ediləcək
Türkiyədə mağazalarda bu qadağan ediləcək

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda pulsuz sellofan paketlərin verilməsi qadağan ediləcək.

Trend-in məlumatına görə, yeni qanuna əsasən, bu sellofan paketləri yalnız pulla almaq mümkün olacaq.

Qadağa qüvvəyə minənədək istehlakçılara mağazalarda parça və kağız paketlər veriləcək.

Bu qanun plastik məişət tullantılarının azaldılmasına yönəlib.

Qeyd edək ki, Türkiyədə hər gün 30 ton plastik paket istifadə edilir ki, onlardan yalnız 1 faizi təkrar emal olunur.

Xəbər lenti

Xəbər lenti