...

Türkiyədə ölüm cəzası bərpa oluna bilər - Referendumdan sonra

Dünya xəbərləri Materials 29 Mart 2017 00:54 (UTC +04:00)
Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm cəzasının bərpa olunması barədə məsələyə baxa bilər.
Türkiyədə ölüm cəzası bərpa oluna bilər - Referendumdan sonra

Bakı. Trend:

Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm hökmünün bərpa olunması barədə məsələyə baxa bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, müxalif partiyaların liderləri də bu layihəni dəstəkləyəcəyini deyib.

Qeyd edək ki, Türkiyədə ölüm cəzasının bərpası barədə söhbətlər ötən ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra başlamışdı. Türkiyədə sonuncu dəfə ölüm hökmü 1984-cü ildə icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti