...

Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

Dünya xəbərləri Materials 29 Mart 2017 06:54 (UTC +04:00)
Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb
Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb.

Trend-in "Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində avtomobildə olan 1 nəfər həlak olub, 1-i isə yaralanıb.

İnsidentdən bir neçə dəqiqə sonra hadisə yerindən biraz aralıda daha bir partlayış baş verib. Bu partlayış, nəticəsində xəsarət alan olmayıb.

Partlayışların səbəbi məlum deyil. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti