...

Məhbuslar yenə qiyam etdi: 2 ölü, 13 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Mart 2017 08:33 (UTC +04:00)
Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində yerləşən həbsxanada məhbusların qiyamı zamanı ölənlərin sayı 2-yə, yaralananların sayı isə 13-ə çatıb
Məhbuslar yenə qiyam etdi: 2 ölü, 13 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində yerləşən həbsxanada məhbusların qiyamı zamanı ölənlərin sayı 2-yə, yaralananların sayı isə 13-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aldo Suasua ştatının təhlükəsizlik xidmətlərinin koordinasiyası üzrə qrupun nümayəndəsi deyib.

XXX

08:33

Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində yerləşən həbsxanada məhbuslar yenə qiyam etdi.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qiyam zamanı 1 nəzarətçi ölüb, 1-i nəzarətçi olmaqla 2 nəfər isə yaralanıb.

Xəbərdə deyilir ki, məhbuslar yeməyin və suyun olmamasına narazıçılıqlarını göstərmək üçün öz yataqlarının döşəklərini yandırırlar.

Nuevo-Leon höküməti xəbər verib ki, həbsxanada vəziyyətin stabilləşdirilməsi üçün təhlükəsizlik qüvvələri müdaxilə edirlər.

Qeyd edək ki, keçən həftə Meksikanın Syudad-Viktoriya şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşma olub. Toqquşma nəticəsində 3 məhbus ölüb, 1-i isə ağır yaralanıb. Bundan əbbəl yeraltı tunel vasitəsi ilə 29 məhbus həbsxanadan qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti