...

Tramp “iPhone”u seçdi

Dünya xəbərləri Materials 29 Mart 2017 16:07 (UTC +04:00)
Tramp təhlükəsizlik məqsədi ilə “Android” smartfonlarından imtina edərək, “iPhone”a keçib.
Tramp “iPhone”u seçdi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik məqsədi ilə “Android” smartfonlarından imtina edərək, “iPhone”a keçib.

Trend-in məlumatına görə, bu barədə Tramp Administrasiyasının rəsmisi sosial şəbəkə vasitəsilə bildirib.

Məlumatda qeyd olunur ki, D.Tramp artıq bir neçə həftədir ki, “Apple” şirkətinin məhsulundan istifadə edir.

Qeyd edək ki, ABŞ prezidenti seçki kampaniyası dövründə 14 nəfərin qətlində şübhəli bilinən terrorçunun telefonu barədə məlumatlar təqdim etmədiyi üçün kəskin tənqid edilmişdi.

Xəbər lenti

Xəbər lenti