...

Livan Prezidenti yıxılıb

Dünya xəbərləri Materials 29 Mart 2017 17:41 (UTC +04:00)
Livan prezidenti Mişel Aun ərəb ölkələri liderlərinin iştirakı ilə keçirilən 28-ci Ərəb Sammiti zamanı yıxılıb.
Livan Prezidenti yıxılıb

Bakı. Trend:

Livan prezidenti Mişel Aun ərəb ölkələri liderlərinin iştirakı ilə İordaniyada keçirilən 28-ci Ərəb Sammiti zamanı yıxılıb. Trend-in məlumatına görə, həmin sammitdə iştirak edən Livan nümayəndə heyətinin üzvü "Al Arabiya" telekanalına bildirib ki, insident nəticəsində prezident xəsarət almayıb.

İnsident sammitin keçirildiyi iclas zalının yaxınlığında ərəb ölkələri liderləri xatirə şəkli çəkdirərkən baş verib. Prezidentin ayağı xalçaya ilişib, yıxılandan dərhal sonra ətafdakıların köməyilə ayağa qalxıb. Aun elə həmin an iştirakçıların arasına qatılaraq şəkil çəkdirib və iclasda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti