...

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olunub

Dünya xəbərləri Materials 29 Mart 2017 18:26 (UTC +04:00)
Tayvanın Taybey şəhərində kinoteatrda yanğın baş verib.
Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olunub

Bakı Trend:

Tayvanın Taybey şəhərində kinoteatrda yanğın baş verib. Trend-in məlumatına görə, yanğınla əlaqədar təxminən 1000 adam təxliyə olunub.

Yanğının kinoteatrın mətbəxində baş verdiyi bildirilib.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işi davam etdirirlər. Xəsarət alanlar barədə məlumat verilməyib.

Yanğının baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti