...

ABŞ-da ağır qəza: ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Mart 2017 08:06 (UTC +04:00)
ABŞ-ın cənub-qərbində Texas ştatında ağır yol qəzası baş verib
ABŞ-da ağır qəza: ölənlərin sayı artıb (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ-ın cənub-qərbində Texas ştatında baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, baptist kilsəsinə məxsus yük maşının sərnişinlərindən daha biri dünyasını dəyişib.

XXX

03:56

Hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Qəza baptist kilsəsinə məxsus yük maşının ilə pikapın toqquşması nəticəsində baş verib. Polisin məlumatına görə, yük maşınında 14 nəfər kilsə nümayəndəsi olub. Pikapda isə yalnız bir sürücü olub.

Bildirilir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Qəza səbəbləri müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti