...

Pakistanda partlayış: 24 ölü, 100 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 31 Mart 2017 21:33 (UTC +04:00)
Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 100 nəfər isə yaralanıb
Pakistanda partlayış: 24 ölü, 100 yaralı (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:49-da yayılıb)

Bakı. Trend:

Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 100 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, partlayışın səbəbi hələdə məlum deyil.

XXX

12:09

Pakistanın Paraçinar şəhərində bazarda baş vermiş partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 100 nəfər yaralanıb.

Trend xəbər verir ki, partlayışın dəqiq səbəbi hələ də məlum deyil. Lakin yerli rəsmilər hadisənin terror aktı olduğunu güman edirlər.

Əsas hədəfin bazara deyil, yaxınlıqdakı məscidə cümə namazına gələnlərin olduğu da ehtimal edilir.

X X X

10:49

Pakistanın şimal-qərbində, Paraçinar şəhərində partlayış baş verib:

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, ən azı 40 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bildirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti