...

Jurnalistlər Trampı məhkəməyə verib

Dünya xəbərləri Materials 31 Mart 2017 17:17 (UTC +04:00)
“Əl Cəzirə” telekanalının Pakistan bürosunun keçmiş rəhbəri Əhməd Zeydan və müxbiri Bilal Kərim ABŞ prezidenti Donald Trampı məhkəməyə verib
Jurnalistlər Trampı məhkəməyə verib

Bakı. Trend:

“Əl Cəzirə” telekanalının Pakistan bürosunun keçmiş rəhbəri Əhməd Zeydan və müxbiri Bilal Kərim ABŞ prezidenti Donald Trampı məhkəməyə verib.

Trend-in məlumatına görə, jurnalistlər öz adlarının terror təşkilatları ilə mübarizə çərçivəsində məhv edilməli olan şəxslər siyahısına daxil edilmədiyini iddia edir.

Vaşinqton məhkəməsinə ünvanlanan ərizədə jurnalistlər terror təşkilatları ilə əlaqələri olmadığını bildirir və ABŞ prezident D.Trampdan, eləcə də ABŞ Müdafiə Nazirliyindən və Mərkəzi Kəşfiyyat İdarəsindən öz adlarının siyahıdan çıxarılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti