...

Honq Konqda yanğın olub, 12 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 1 Aprel 2017 08:36 (UTC +04:00)
Çinin xüsusi inzibati rayonu Honq Konqda yaşayış kompleksində yanğın baş verib
Honq Konqda yanğın olub, 12 nəfər xəsarət alıb

Bakı. Trend:

Çinin xüsusi inzibati rayonu Honq Konqda yaşayış kompleksində yanğın baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 12 nəfər xəsarət alıb. Binadan 100-dən artıq insan təhlükəsizlik səbəbi ilə təxliyə edilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda mütəxəssislər yanğının səbəbini araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti