...

Çində psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb

Dünya xəbərləri Materials 1 Aprel 2017 19:04 (UTC +04:00)
Çinin Xenan əyalətinin Lonin qəzasında özəl psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb və bir nəfəri yaralayıb
Çində psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb

Bakı. Trend:

Çinin Xenan əyalətinin Lonin qəzasında özəl psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb və bir nəfəri yaralayıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu haqda Sina xəbər portalına xəbər verib.

Bildirilir ki, hadisə fevralın 24-də baş versə də, əyalətinin rəsmiləri insident haqqında yalnız indi məlumat veriblər.

Qeyd olunur ki, psixi qüsuru olan kişi də onu bağlayan qayışlardan azad olub və yemək çubuqları ilə tibb müəssisəsinin dörd qadın pasientinə hücum edib. Qurbanlardan biri hadisə yerində keçinib, digər üç nəfər isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, digər iki qadın da dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları insidentin araşdırılmasını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti