...

Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparılacaq

Dünya xəbərləri Materials 3 Aprel 2017 06:12 (UTC +04:00)
Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar
Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparılacaq

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi - Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir.

Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində - "Kang Gam Chan", ABŞ tərəfindən - "McCampbell" və Yaponiya tərəfindən - "Sawagiri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti