...

İspaniyada Əsəd və ailəsinin 691 milyon dollarlıq əmlakı müsadirə edildi

Dünya xəbərləri Materials 4 Aprel 2017 15:20 (UTC +04:00)
Bəşər Əsəd və ailəsi barəsində çirkli pulların yuyulması ittihamı ilə istintaqa başlanması haqqında qərar qəbul edib.
İspaniyada Əsəd və ailəsinin 691 milyon dollarlıq əmlakı müsadirə edildi

Bakı. Trend:

İspaniya Ali Məhkəməsi Suriya Prezidenti Bəşər Əsəd və ailəsi barəsində çirkli pulların yuyulması ittihamı ilə istintaqa başlanması haqqında qərar qəbul edib.

Trend-in məlumatına görə, bundan başqa, məhkəmə İspaniyada B.Əsəd və ailə üzvlərinə məxsus 691 milyon dollar dəyərində bir neçə evin müsadirə edilməsinə qərar verib.

Eyni zamanda B.Əsəd və ailəsi barəsində cinayət işinin açıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti