...

İranda baş verən zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb

Dünya xəbərləri Materials 6 Aprel 2017 03:05 (UTC +04:00)
İranın şimal-şərqində Xorasan-Rezavi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı34 nəfərə çatıb
İranda baş verən zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb

Bakı. Trend:

İranın şimal-şərqində Xorasan-Rezavi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb.

Trend-in "İRNA"ya istinadən verdiyi məlumata görə, bir nəfərin öldüyü bildirilir. Bundan əvvəl, 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, aprelin 5-i səhər saatlarında baş verən 6,1 bal gücündə olan zəlzələnin episentri Məşhəd şəhərindən 94 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məlumatda deyilir ki, aprelin 5-i axşam saatlarında Xorasan-Rezavi əyalətində daha bir 4,7 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti