...

İŞİD helikopter vurdu - 2 pilot ölüb

Dünya xəbərləri Materials 6 Aprel 2017 17:42 (UTC +04:00)
İŞİD terror təşkilatının silahlıları İraq hərbi helikopter vurub
İŞİD helikopter vurdu - 2 pilot ölüb

Bakı. Trend:

İŞİD terror təşkilatının silahlıları İraqda hərbi helikopter vurub.

Trend-in məlumatına görə, helikopter Mosul üzərində vurulub. Helikopterin iki pilotu hadisə nəticəsində həlak olub.

Məlumata görə, helikopter Mosulun qərb hissəsində terrorçuların mövqelərinə zərbələr endirərkən vurulub.

Helikopter quruda İŞİD silahlıları ilə mübarizə aparan İraq ordu qüvvələrinə havadan dəstək göstərirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti