...

Rusiyalıların bu ölkəyə axını başlayacaq - Beşillik viza verilir

Dünya xəbərləri Materials 7 Aprel 2017 02:06 (UTC +04:00)
Hindistan hökuməti Rusiya vətəndaşlarına 5 illik vizaların verilməsinə icazə verib
Rusiyalıların bu ölkəyə axını başlayacaq - Beşillik viza verilir

Bakı. Trend:

Hindistan hökuməti Rusiya vətəndaşlarına 5 illik vizaların verilməsinə icazə verib.

Trend-in məlumatına görə, bunu Hindistanın Rusiyadakı səfiri Pankac Saran deyib. Onun sözlərinə görə, tərəflər arasında viza rejiminin sadələşdirilməsi proseduru iki il əvvəl başlayıb.

Bundan başqa, Rusiya vətəndaşları üçün elektron viza sistemi də tətbiq olunacaq. Bu sistem vasitəsilə səfirlik və ya konsulluğa getmədən viza üçün sənədləri təqdim etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti