...

ABŞ prezident seçilən Lenini təbrik edib

Dünya xəbərləri Materials 6 Aprel 2017 23:29 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Ekvadorda prezident seçkilərində qalib gələn Lenin Morenonu təbrik edib.
ABŞ prezident seçilən Lenini təbrik edib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Ekvadorda prezident seçkilərində qalib gələn Lenin Morenonu təbrik edib.

Trend-in məlumatına görə, Dövlət Departamentinin təbrikində deyilir:

"ABŞ aprelin 2-də prezident seçkilərinin ikinci turunda iştirak edən Ekvador xalqını təbrik edir. Biz, həmçinin "PAIS Alyans" partiyasından olan Lenin Morenonu qələbə münasibətilə təbrik edirik".

Qeyd edək ki, Ekvador Milli Seçki Şurası L.Morenonun seçkilərdə qələbə qazandığını rəsmən edlan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti