...

Gəncləri Ərdoğanın görüşünə aparan avtobus aşdı: 3 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 7 Aprel 2017 17:42 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Adana vilayətində keçiriləcək silsilə açılış mərasimlərinə gedən avtobus aşıb.
Gəncləri Ərdoğanın görüşünə aparan avtobus aşdı: 3 ölü, 20 yaralı

Bakı. Trend:

Türkiyənin Adana vilayətində avtobus aşıb.

Trend-in məlumatına görə, avtobusdakılar Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək silsilə açılış mərasimlərinə gedirmiş.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Kozan rayonundan yola çıxan avtobusun sərnişinləri əsasən gənclərdən ibarət olub.

Sürünücün idarəetməni itirməsinə səbəb kimi yağışlı hava şəraiti göstərilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti