...

Lavrov və Çavuşoğlu ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 7 Aprel 2017 21:50 (UTC +04:00)
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər
Lavrov və Çavuşoğlu ABŞ-ın Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər

Bakı. Trend:

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müzakirə ediblər.

Trend-in məlumatına görə, telefon danışığı Çavuşoğlunun təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini müsbət qiymətləndirdiyini bildirib.

Bir sıra dövlətlər də ABŞ-a bu məsələdə öz dəstəyini bildirib. Bu gecə ABŞ prezidenti Donald Tramp Suriyaya kimyəvi zərbələr endirilməsi üçün baza rolunu oynaması bildirilən Hüms aerodromuna raket zərbələrinin endirilməsi barədə əmr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti