...

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Dünya xəbərləri Materials 10 Aprel 2017 12:06 (UTC +04:00)
Aprelin 9-da Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədər Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.
Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. Anaxanım Hidayətova - Trend:

Aprelin 9-da Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədər Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.

Bu barədə Trend-ə Misirin ölkəmizdəki səfirliyindən xəbər verilib.

Qeyd edək ki, terror aktları zamanı Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər həlak olub.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması artıq öz üzərinə götürüb. Ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti