...

Ruhani: ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi

Dünya xəbərləri Materials 10 Aprel 2017 13:11 (UTC +04:00)
ABŞ-ın Suriyada bazaya raket zərbəsi endirməsi danışıqlar prosesinə zərər verib.
Ruhani: ABŞ-ın Suriyaya raket zərbəsi danışıqlar prosesinə zərər verdi

Bakı. Trend:

ABŞ-ın Suriyada bazaya raket zərbəsi endirməsi danışıqlar prosesinə zərər verib. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

H.Ruhani qeyd edib ki, Suriyada böhran yalnız siyasi yolla həll oluna bilər:

"Suriya ilə bağlı yekun qərar siyasi yolla mümkündür. Biz hesab edirik ki, danışıqlar yaxşıya doğru irəliləməlidir ki, Suriya böhranının yekun həllinə yaxınlaşa bilək. Lakin ABŞ-ın hərəkəti danışıqlar prosesinə zərər verdi".

ABŞ Prezidenti Donald Trampın Suriyaya zərbə endirmək barədə qərarını da pisləyən İranın dövlət başçısı bildirib ki, təkrar bombardman regionda vəziyyəti daha da çətinləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti