...

Çində ağır yol qəzası baş verib: 10 ölü

Dünya xəbərləri Materials 11 Aprel 2017 05:43 (UTC +04:00)
Çinin Quansi-Çjuan muxtar rayonunda ağır yol qəzası baş verib
Çində ağır yol qəzası baş verib: 10 ölü

Bakı. Trend:

Çinin Quansi-Çjuan muxtar rayonunda ağır yol qəzası baş verib.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 10 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Qəzada 3 yük maşını və 1 minik avtomobili iştirak edib. Hadisədən dərhal sonra bu ərazidə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Qəzanın səbəblərini araşdırmaq üçün işçi qrupu yaradılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti