Bakı. Trend:
Salvadorda 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 1 nəfər həlak olub. Qeyd olunur ki, həlak olan şəxs avtomobildə Los-Çorros avtomagistralı ilə hərəkət edən zaman avtomobilin üstünə böyük daş düşüb.
Yeraltı təkanların episentri Antiquo-Kuskatlan şəhərində, ocağı isə 4 kilometr dərinlikdə yerləşib.
Bundan əlavə bildirilir ki, daha 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.