...

İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayıb

Dünya xəbərləri Materials 11 Aprel 2017 11:57 (UTC +04:00)
İranda keçiriləcək prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyat prosesi start götürüb
İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

İranda keçiriləcək prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyat prosesi start götürüb.

Trend-in məlumatına görə, qeydiyyat prosesi aprelin 16-dək davam edəcək.

Namizədlər barədə bütün məlumatlar yoxlandıqdan sonra yekun siyası İran Daxili İşlər Nazirliyi tərəfindən 26-27 aprel tarixlərində elan ediləcək.

Seçki kampaniyası aprelin 28-dən mayın 17-dək davam edəcək.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti