...

"Borussiya" klubunun avtobusunun qarşısında partlayış: oyun təxirə salınıb

Dünya xəbərləri Materials 11 Aprel 2017 22:49 (UTC +04:00)
"Borussiya" futbolçularını aparan avtobusun qarşısında partlayış baş verib.
"Borussiya" klubunun avtobusunun qarşısında partlayış: oyun təxirə salınıb

Bakı. Trend:

Almaniyanın Dortmund şəhərində "Borussiya" futbolçularını daşıyan avtobusun qarşısında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində "Borussiya"nın müdafiəçisi Mark Bartra xəsarət alıb. O, artıq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" və "Monako" klubları görüşməli idi.

"Borussiya" futbol klubunun mətbuat xidməti elan edib ki, insident səbəbindən görüş aprelin 12-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti